28 sentyabr 2011 18:18
Millimizin üzvü: İspaniya yığmasından çəkinmirik
Sentyabrın 30-da Avropa çempionatının ilkin seçmə mərhələsində ilk oyununu keçirəcək 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının üzvləri AFFA-nın saytına fikirlərini bildiriblər. Azerisport.az xəbər verir ki, komandamızın üzvü Olya Sioşvili bunları dilə gətirib:
“Rəsmi oyunumuza iki gün qalıb. İnşallah, yaxşı oynayıb, qələbə qazanarıq. Rəqiblərimiz güclü komandalar olsalar da, onlardan çəkinmirik. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələ edəcəyik”.
Qeyd edək ki, millimizin qrupunda Ukrayna, İspaniya və Bosniya-Herseqovina yığmaları yer alır.
