28 sentyabr 2011 18:23
“Bu, bizim ilk rəsmi oyunumuz olacaq”
Sentyabrın 30-da Avropa çempionatının ilkin seçmə mərhələsində ilk oyununu keçirəcək 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının üzvləri AFFA-nın saytına fikirlərini bildiriblər. Azerisport.az xəbər verir ki, komandamızın üzvü Şəfəq Nəsirova bunları dilə gətirib:
“Oyunlara ciddi hazırlaşmışıq. Komandada əhval-ruhiyyə çox yaxşıdı. Bu, bizim ilk rəsmi oyunumuz olacaq. Azarkeşlərin bizi dəstəkləmələrini, kömək olmalarını istəyirik. Onların dəstəyi bizə güc verəcək”.
Qeyd edək ki, millimizin qrupunda Ukrayna, İspaniya və Bosniya-Herseqovina yığmaları yer alır.
