28 sentyabr 2011 18:32
“Azərbaycanı çox sevdim, bura gəldiyimə görə çox şadam”
Sentyabrın 30-da Avropa çempionatının ilkin seçmə mərhələsində ilk oyununu keçirəcək 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının üzvləri AFFA-nın saytına fikirlərini bildiriblər. Azerisport.az xəbər verir ki, komandamızın üzvü Leyla Solmaz bunları dilə gətirib:
“Hazırda U-17 yığmanın üzvüyəm. Uşaq vaxtlardan arzularımdan biri də nə vaxtsa Azərbaycan yığma komandasında oynamaq idi. Azərbaycanı çox sevdim, bura gəldiyimə görə çox şadam. Biz bir ailə kimiyik. Qızlara çox yaxşı baxırlar. Atam da azərbaycanlıdı. Yığmanın oyunlarını izləyirəm. İnşallah, rəsmi oyunların hamısında qələbə qazanarıq”.
Qeyd edək ki, millimizin qrupunda Ukrayna, İspaniya və Bosniya-Herseqovina yığmaları yer alır.
