28 sentyabr 2011 18:41
Qurbanova: İstəyirik ki, stadiona çoxlu azarkeş gəlsin
Sentyabrın 30-da Avropa çempionatının ilkin seçmə mərhələsində ilk oyununu keçirəcək 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının üzvləri AFFA-nın saytına fikirlərini bildiriblər. Azerisport.az xəbər verir ki, komandamızın üzvü Sevinc Qurbanova bunları dilə gətirib:
“Qızlarımız oyuna hazırdılar. İstəyirik ki, stadiona çoxlu azarkeş gəlsin və bizi dəstəkləsin. Biz də oyunumuzla onları sevindirməyə çalışacağıq. Hamımız qələbə haqda düşünürük və inşallah, məqsədimizə çatarıq”.
Qeyd edək ki, millimizin qrupunda Ukrayna, İspaniya və Bosniya-Herseqovina yığmaları yer alır.
