28 sentyabr 2011 19:09
Arda Turan Bakıdakı məğlubiyyəti xatırladı
Türkiyə yığmasının ulduz futbolçusu Arda Turan AÇ-2012-nin seçmə mərhələsindəki çıxışı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, İspaniyanın “Atletico” klubunun üzvü söhbət əsnasında Bakıdakı məğlubiyyətlərini də xatırlayıb:
“Oktyabrın 7-də oynanılacaq Almaniya matçı bizim üçün çox önəmlidi. Biz bu işə baş qoymuşuq. Almaniya və Azərbaycana məğlub olduğumuz oyunlardan sonra Avropa çempionatına gedə bilməyəcəyimiz düşünülsə də, indi qitə birinciliyinə getmənin planlarını qururuq. Pley–off matçlarını da gözləyək. Əgər AÇ-yə vəsiqə qazana bilməsək, problemləri o zaman müzakirə edərik”.