28 sentyabr 2011 11:23
Millimizin Avstriya ilə oyununun hakimləri bəlli oldu
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 7-də keçiriləcək Azərbaycan – Avstriya oyununu idarə edəcək hakimlər müəyyənləşib. Azerisport.az həmin təyinatlarla sizi də tanış edir.
Belə ki, sözügedən oyunu İsveçrədən olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Stefan Struder olacaq.
Qeyd edək ki, Azərbaycan – Avstriya oyununu saat 21:00-da, “Dalğa Arena”da keçiriləcək.
Baş hakim: Stefan Studer
Baş hakimin köməkçiləri: Manuel Navarro, Sandro Pozzi
Dördüncü hakim: Alan Byeri
(Hakimlər briqadası İsveçrədəndir)
Hakim-inspektor: Luciano Luci (İtaliya)
UEFA nümayəndəsi: Oleq Harlamov (Estoniya)
