28 sentyabr 2011 11:33
Mirça Rednik üçün iki yubiley
Azərbaycan Premyer Liqasının 7-ci turunun “Qəbələ” ilə oyunu “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik üçün 2 yubileylə əlamətdar olub. Azerisport.az xəbər verir ki, komandası rumıniyalının rəhbərliyi altında 25-ci dəfə meydandan qalib ayrılıb.
İndiyədək müxtəlif yarışlarda “Xəzər Lənkəran”ı 47 görüşə çıxaran Rednik 25-ci yubiley qələbəsini qazanan 3-cü mütəxəssis oldu. Rumıniyalıyadək Ağasəlim Mircavadov və Rasim Kara bu qədər qələbə sevinci yaşamışdı.
“Qəbələ” ilə matçdakı 2:1 hesablı qələbə zamanı vurulan ilk qol da Rednik üçün əlamətdar olub. Belə ki, Antonio Semedonun qolu Rednikin rəhbərliyi altında çempionatda vurulan 50-ci top olub. Bunun üçün rumıniyalının yetirmələrinə 39 matç kifayət edib.
