28 sentyabr 2011 12:02
Neftçi Zaqatalaya yollandı
"Neftçi" futbol üzrə Azərbaycan Premyer Liqasının 8-ci turunda keçiriləcək "Simurq"la oyunun hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, flaqman bu gün səhər saatlarında Zaqatalaya yola düşüb.
Paytaxt komandası saat 20:00-da həmin şəhərdə məşqə çıxacaq. Qeyd edək ki, sentyabrın 30-da Zaqatala şəhər Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək "Simurq" - "Neftçi" oyunu saat 19:00-da start götürəcək.
