28 sentyabr 2011 12:45

“Bizdə olan baza bir çox klubda yoxdu”

Futbol üzrə Azərbaycan birinci divizionunda artıq üç tur geridə qalıb. Azerisport.az xəbər verir ki, komandalardan yalnız “Karvan” maksimum nəticə qazanaraq 9 xalla turnir cədvəlinə liderlik edir.
 
Bir vaxtlar ölkəmizi avrokuboklarda layiqincə təmsil etmiş Yevlax təmsilçisinin hazırkı durumu və qarşısına qoyduğu məqsədlər haqqında klubun baş məşqçisi Zakir Mahmudov məlumat verib: “Gənc, mübariz, sona qədər vuruşan komanda formalaşdıra bilmişik. Yevlax futbolunun yetirməsi olan Kənan Kərimov da yenidən “Karvan”ın heyətindədi. Kənan bu mövsüm Premyer Liqada oynamaq istəyirdi. Transfer pəncərəsi bağlandıqdan sonra Kənanla danışdım və o, “Karvan”ın heyətində qalmağa razılılq verdi. Onun göstərdiyi oyundan razıyam. Biz qarşımıza ancaq yer tutmağı və Premyer Liqaya vəsiqə qazanmağı məqsəd qoymuşuq. Bizim üçün burada çox yaxşı şərait yaradılıb, bizdə olan baza bir çox klubda yoxdu. “Şəmkir” və “Tərəqqi” ilə oyunlarımız çox çətin keçdi. Rəqibin kimliyindən asılı olmayaraq hər oyuna yalnız qələbə qazanmaq üçün çıxırıq. Növbəti turda “Göyəzən”lə qarşılaşacağıq. Çətin oyun olacaq, ancaq biz Qazaxdan qələbə ilə dönməyə çalışacağıq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.