29 sentyabr 2011 13:29
Ağasəlim Mircavadov: Futbolumuzda pul olmayan dövrdə məhz biz çalışmışıq
Təcrübəli futbol mütəxəssisi Ağasəlim Mircavadov azerisport.az saytına müsahibəsində Premyer Liqanın cari mövsümündən danışıb.
- Geridə qalan 7 turu necə qiymətləndirirsiz?
- Deməzdim ki, komandalar baxımlı futbol sərgiləyirlər. Lider “Xəzər Lənkəran”dı və Rednikin komandası nəticəyə oynayır. “Neftçi” baş məşqçi dəyişikliyindən sonra tədricən özünə gəlir. “Qarabağ”la “Bakı” çox vacib xallar itirdilər. Hansı ki, bu xallar onlara mövsümün sonunda çox lazım olacaq. Hələ heç bir komanda sabit oyun sərgiləmir. Amma çox şeyə “altılıq”lar müəyyənləşəndən sonra aydınlıq gələcək.

- Geridə qalan turlarda “Xəzər Lənkəran”ı məğlub edən klub hələ olmayıb...
- “Rəvan”la heç-heçə onların da sabit oyun sərgiləmədiyini göstərdi. Hələ Rednik arzuladığı komandanı yarada bilməyib. Onlar “Qəbələ”ni çətinliklə məğlub etdilər. Qorxurdular ki, rəqib vuracaq. Mən həmişə demişəm ki, “Qəbələ”nin oyununa baxa bilmirəm. Bu komanda hələ heç nə göstərə bilmir. Onlar ancaq standart vəziyyətlərdən oynayırlar.
- Bəs “Qarabağ”ın oyunu barədə nə deyərdiniz?
- Bu komanda bir qədər sabit oyun sərgiləsə də, bəzən bəxtləri gətirmir. Məsələn, “Xəzər Lənkəran”la oyunda. Cənublular ikinci hissədə meydanda görünmürdülər. Ağdamlılar çoxlu qol vəziyyətləri yaratdılar, amma vura bilmədilər. Bu, “Qarabağ”ın əsas problemidi. Hər halda komandadakı zədəlilərin çoxluğu da təsirsiz ötüşmür. Amma çempionat hələ yeni başlayıb. Ən azı 11-ci tura kimi gözləmək lazımdı. Bəlkə onda nəsə müəyyənləşə.

- Bu günlərdə məlum oldu ki, Rednik sizin “Xəzər Lənkəran”dakı rekordunuzu – 25 oyunluq qələbə seriyanızı qırıb...
- Bunu sizdən eşidirəm. Statistika məni maraqlandırmır. Əsas nəticədi. Xal toplamaq lazımdı ki, sonda çempionluq üçün yetərli olsun. Statistika isə məni qətiyyən maraqlandırmır.
- Sizi Redniklə az müqayisə etmirlər...
- Mən ümumiyyətlə özümü heç kimlə müqayisə etmirəm. Amma kim kiminlə istəyir, müqayisə etsin. İstənilən halda tarixdə nəticə qalır. Bizdə artıq bu, ənənəyə çevrilib: əcnəbilərə daha çox hörmət olunur. Legioner məşqçilər də, futbolçular da yerlilərdən daha çox sevilir. Özümüzküləri isə çox tez unuduruq.
- Sizə elə gəlmir ki, “Xəzər Lənkəran” azarkeşləri də daha çox Mirça Rednikə sevgi bəsləyirlər?
- Elə Sovet dövründə də belə idi. Bizimkilər daha çox kənardan gələnlərə hörmət edirdilər. Özümüzkülər isə daim təzyiq altında olurdu. Amma futbolumuzu yerli mütəxəssislər qalırdılar. Mən özüm Şəmkirin, Lənkəranın, Ağdamın fəxri vətəndaşıyam. Bu isə o deməkdi ki, insanlar məni seviblər. Həmin diplomları özüm üçün evdə saxlayıram. Mən bütün əcnəbi məşqçilərə hörmət edirəm, uğurlar arzulayıram. Amma azərbaycanlı məşqçilərin də kənara qoyulmasını istəmirəm. Bizim mütəxəssislər daha çoxuna layiqdilər. Futbolumuzda pul olmayan dönəmlərdə məhz biz çalışmışıq. İndi isə pul var, yerli mütəxəssislər yaddan çıxıb.