29 sentyabr 2011 01:43
Superliqa klubunda yeni baş məşqçi
Türkiyə Superliqasına heç də yaxşı başlamayan “Gaziantepspor” özünə yeni baş məşqçi tapıb. Azerisport.az xəbər verir ki, Qaziantep təmsilçisini bundan sonra Abdullah Ercan çalışdıracaq.
Qeyd edək ki, “Gaziantepspor” yeni mövsümün ilk dörd turunu xalsız bitirdiyi üçün baş məşqçi Tolunay Kafkasla yollarını ayırmaq məcburiyyətində qalmışdı. Cəmi bir neçə günlük axtarışlardan sonra klub rəhbərliyi sabiq baş məşqçiyə əvəzləyici tapıb.
Klubun yaydığı rəsmi açıqlamada bildirilir ki, Abdullah Ercanla 3 illik müqavilə bağlanılıb. Ona yeni işində uğurlar arzulanıb.
