29 sentyabr 2011 19:00

Amit Quluzadə 90 dəqiqə oynadı, komandası xal itirdi (YENİLƏNİB)

Bu gün Türkiyənin Bank Asya birinci liqasında 4-cü turun növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Amit Quluzadənin çıxış etdiyi “Kayseri Erciyesspor” da növbəti oyununa çıxıb.
 
Həmyerlimizin komandası doğma meydanda “Denizlispor”la qarşılaşıb. Keçirdiyi ilk üç oyunun ikisində heç-heçə edib, 1 qələbə qazanan Kayseri təmsilçisi bu qarşılaşmada ilk ev qələbəsini rəsmiləşdirməyə çalışıb. Lakin onlar bu dəfə də istəyinə nail ola bilməyiblər.
 
Qarşılaşmanın 32-ci dəqiqəsində dənizlilər penalti ilə hesabda önə keçiblər. Amit və oyundaşları məğlubiyyətdən ikinci hissənin əvvəlində yaxa qurtara biliblər. Amma onların bundan artığına gücləri çatmayıb və növbəti ev oyununda da 1 xalla kifayətləniblər.
 
Bu nəticədən sonra “Erciyesspor” hazırda 6 xalla 9-cu pillədə qərarlaşıb. İlk oyunun sonlarında meydana çıxan, son iki matçda isə 90 dəqiqə mübarizə aparan Amit bu dəfə də 90 dəqiqə meydanda olub. Baş məşqçi Fikrət Yılmaz onu məhz 90-cı dəqiqədə Cemal Taşlıyla əvəzləyib.
 
Bank Asya birinci liqa
4-cü tur
29 sentyabr
 
Erciyesspor – Denizlispor - 1:1
Qollar: Emrah Bozkurt, 47 - Emin Aladağ, 32-pen.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.