29 sentyabr 2011 14:02
Azərbaycan kuboku sponsorsuz qaldı
Futbol üzrə Azərbaycan kuboku sponsorsuz qalıb. Azerisport.az xəbər verir ki, "NBC Bank" Azərbaycan kuboku yarışlarına sponsorluqdan imtina edib.
Hazırda Peşəkar Futbol Liqasının rəhbərliyi yeni sponsor axtarışındadı. Qurum rəhbərliyi məhz bu məsələni həll etdikdən sonra ölkə kubokunun püşkatmasının təşkil etməyi planlaşdırır.
Qeyd edək ki, “NBC Bank” Azərbaycan kubokunun ötən mövsümünə sponsorluq etmişdi.
