29 sentyabr 2011 14:11
AFFA Elvin Əliyevin döyülməsi faktını araşdırmağı tələb etdi
Futbol üzrə Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində sentyabrın 23-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş “Neftçi” – “Bakı” oyunundan sonra baş vermiş insidentlə bağlı AFFA tərəfindən İntizam Komitəsinə məktub ünvanlanıb. Azerisport.az xəbər verir ki, məktubda “Bakı”nın futbolçusu Elvin Əliyevin fiziki təzyiqə məruz qalması ilə nəticələnən hadisənin araşdırılması və AFFA-ya məlumat verilməsi xahiş olunub.
Qeyd edək ki, İntizam Komitəsinin son iclasında bu məsələnin müzakirəyə çıxarılmaması böyük səs-küyə səbəb oldu. Görünür AFFA rəhbərliyi məhz bu üzdən sözügedən məsələyə yenidən qayıtmağa ehtiyac duyub.
