29 sentyabr 2011 15:05
Nikita Malyarov: Daha çox Cavadovla söhbətləşirəm
Rusiyanın “Volqa” klubunun yarımmüdafiəçisi Nikita Malyarov bildirib ki, o, Nijni Novqorod təmsilçisində daha çox Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovla ünsiyyətdə olur. Azerisport.az xəbər verir ki, həmyerlimizlə bir komandada çıxış edən futbolçu klubun rəsmi saytına müsahibəsində bunları dilə gətirib:
“Mən daha çox Vaqif Cavadovla söhbətləşirəm. Çünki biz komandaya birgə gəlmişik. Komandaya alışmaqda bir-birimizə yardımçı olmuşuq. Amma səfər oyunları zamanı Andrey Yeşenko ilə birgə qalıram. “Volqa”dakı ən yaxın yoldaşlarım bax bunlardı”.

Xatırladaq ki, Malyarov "Spartak" (Nalçik) ilə ev oyununda qazandıqları qələbə zamanı yeganə qolu məhz Cavadovun ötürməsindən sonra başla rəqib qapısından keçirmişdi.