29 sentyabr 2011 15:26
Futbolumuzun 100 illik yubileyinə həsr olunmuş film festivalda
Rusiyanın Lipetsk şəhərində 8-ci Beynəlxalq idman filmləri festivalı keçirilir. Azerisport.az xəbər verir ki, sentyabrın 30-da festivalın konkurs proqramı çərçivəsində Azərbaycan futbolunun 100 illik yubileyinə həsr olunmuş “Yerə dəyən top göylərə də qalxar” filmi nümayiş etdiriləcək.
“Salnamə” studiyasının istehsalı olan filmin rejissoru Arzu Urşandı.
