29 sentyabr 2011 15:35
Rednik Julius Vobayı bağışladı
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik komandanın aparıcı yarımmüdafiəçisi Julius Vobayı bağışlayıb. Azerisport.az xəbər verir ki, rumıniyalı mütəxəssis uzun müddətdi əvəzedici heyətə göndərdiyi futbolçunu əsas heyətə qaytarmağa qərar verib.
Vobayın bu gün keçiriləcək məşqlərdə iştirakı gözlənilir. Sabah isə o, Premyer Liqanın 8-ci turunun “İnter”lə matçında forma geyə bilər.
Xatırladaq ki, Vobay klubla yeni müqavilə bağlamaq istəmədiyi üçün mövsümün əvvəlində Rednik tərəfindən əvəzedici heyətə göndərilmişdi və əvəzedicilərin çempionatında top qovurdu.
