29 sentyabr 2011 16:04
Sergey Yuran: Bu oyunda hədəfimiz ancaq qələbə qazanmaqdı
“Simurq”un baş məşqçisi Sergey Yuran Premyer Liqanın 8-ci turunun “Neftçi” ilə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Öncə komandanızın son oyunları ilə bağlı fikirlərinizi bilmək istərdik...
- Nəticələr yaxşılığa doğru dəyişməyə başlayıb ki, bu da məni sevindirməyə bilməz. “Kəpəz”i məğlub etməklə göstərdik ki, yaxşı oyun sərgiləyirik. Son turda da “Sumqayıt Şəhər”i minimal hesabla məğlub etdik. Amma qol vəziyyətlərinin hamısını hesablasaq, hesab 4:1 də ola bilərdi. Süni qazondan təbii örtüyə keçəndə çətinliklərlə üzləşirik. Zaqatalada təbii qazonumuz yoxdu ki, heç olmasa belə səfər oyunları öncəsi az da olsa, orda hazırlaşaq. Ola bilsin ki, bu, səfər oyunlarımızdakı çıxışımızın uğurlu alınmamasında böyük rol oynayır. İstənilən halda üzərində işləməli olduğumuz çatışmazlıqlarımız var.
- Demək olar ki, “Simurq” artıq özünə gəlib?
- Yavaş-yavaş dirilirik. Necə planlaşdırmışdıqsa, elə də irəliləyirik. Amma komanda hələ ideal formadan çox uzaqdı.
- Yavaş-yavaş dirilirik. Necə planlaşdırmışdıqsa, elə də irəliləyirik. Amma komanda hələ ideal formadan çox uzaqdı.
- Komandanın liderlərinin – Robertas Poşkusla Andrey Rubinin oyunundan razısız?
- Belə deyək də, onlara bacardıqları oyunu sərgiləmək üçün 30-35 faizlik çatışmazlıq mane olur. Amma uşaqlar çalışırlar və bu baxımdan yetirmələrimdən hansınınsa işindən narazılığım yoxdu.
- Belə deyək də, onlara bacardıqları oyunu sərgiləmək üçün 30-35 faizlik çatışmazlıq mane olur. Amma uşaqlar çalışırlar və bu baxımdan yetirmələrimdən hansınınsa işindən narazılığım yoxdu.
- Amma “Simurq”da əksər futbolçular gənclərdi...
- Biz heyətində bu qədər gənc və yerli futbolçu oynadan ikinci komandayıq. Bizim gənclərimizdə yaxşı potensial var. Halbuki, mövsümün əvvəlində digər klublara lazım deyildilər. Amma yaxşı kollektivimiz var.
- Bəs siz özünüz Azərbaycan çempionatına nə dərəcədə alışa bilmisiz?
- Prinsipcə, artıq alışmışam. Mən Baltikyanı ölkələrdə, Qazaxıstanda işləmişəm. Odu ki, yeni iş yerimə tez alışıram. Digər tərəfdən futbol hər yerdə eynidi. Mənə Azərbaycanda çalışmaq çox xoşdu. Belə çempionatda işləmək çox maraqlıdı.

- Qarşıda sizi “Neftçi” ilə çətin oyun gözləyir...
- “Simurq” bütün oyunlara çox ciddi köklənir. Rəqibin “Neftçi” və ya “Kəpəz” olmasından asılı olmayaraq. Bakı klubunun oyunçularının səviyyəsi rəqibin ciddiliyindən xəbər verir. Yaxşı komplektləşmiş komandadı. Son ölkə çempionuna qarşı oynayacağımıza rəğmən, hədəfimiz ancaq qələbə qazanmaqdı. Əgər “İnter” və “Turan”la oyunlarda buraxdığımız səhvləri təkrarlamasaq, hər şey yaxşı olacaq.
- Komandanızın ilk altılığa düşmək şanslarını necə qiymətləndirirsiz?
- Bizim bunun üçün gözəl potensialımız var. Amma hətta buna nail olmasaq da, faciəyə çevirməyəcəyik. Çünki əsas hədəfimiz elitada qalmaqdı. Buna obyektiv yanaşmaq lazımdı. Komanda son anda toplandı. Amma bu, o demək deyil ki, biz əlimizi yana salıb oturacağıq. Şans varsa, mübarizə aparmalıyıq.