29 sentyabr 2011 16:44
Mirça Rednik Kamran Ağayevin durumunu dəyərləndirdi
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik komandanın kapitanı Kamran Ağayevin hazırkı durumunu dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Kamran hələ zədəsini tam sağaltmayıb. Hələlik, bir nömrəmizin “İnter”ə qarşı oynayıb-oynamayacağını bilmirik. Böyük ehtimalla hər şeyə oyun günü aydınlıq gələcək. Ümid edirəm ki, Ağayev belə vacib görüşdə bizə kömək edə biləcək”.