29 sentyabr 2011 17:05
Yığmamıza daha bir futbolçu dəvət olundu (FOTO)
17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində sabah – sentyabrın 30-da ilk oyununu keçirəcək Azərbaycan yığmasının heyətinə daha bir futbolçu dəvət olunub. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, bu, qapıçı Hülya Cindi. Qeyd edək ki, bu, millimizin heyətinə çağırılan 18-ci futbolçudu. Baş məşqçi Sissi Rayt öncə 17 oyunçuya dəvət göndərmişdi.
