29 sentyabr 2011 18:14
Vaqif Cavadov: Mənə hələ ki, dirəklər və tir mane olur
Azərbaycan milli komandasının hücumçusu Vaqif Cavadov şərəfini qoruduğu Rusiyanın "Volqa" klubunun rəsmi saytına müsahibə verib. Azerisport.az həmin müsahibəni təqdim edir:
- Vaqif, "Amkar"la oyun öncəsi əhval-ruhiyyən necədi?
- Yaxşıdı. Döyüşə hazırıq. Yoldaşlarım kimi mən də qarşıdakı oyunun 6 xal uğrunda mübarizə olduğunu bilirik. Bu oyunda qələbə hər bir komanda üçün heç bir vaxt olmadığı qədər vacibdi. Azarkeşlərə söz verirəm ki, oyunun 90 dəqiqəsi ərzində bütün epizodlarda sona qədər mübarizə aparacağıq.
- Moskva komandalarına qarşı iki çətin oyundan sonra toparlanmaq çətin olmadı ki?
- Bu oyunlar bizim üçün çətin keçdi. Buna baxmayaraq, biz həmin oyunların ritmindən kənarlaşıb, qarşıdakı oyuna hazırlaşa bilmişik.
- Bəs özünü necə hiss edirsən?
- Bütün zədələrdən qurtuldum və özümü yaxşı hiss edirəm. Hesab edirəm ki, fiziki durumum 90 dəqiqə mübarizə aparmağa imkan yetər.
- Rəqib haqda nə bilirsən?
- “Qırmızı qaralar”ın heyətində əsas yenilik baş məşqçiləri Rəhimovun istefa verməsidi. Baş məşçinin dəyişməsi isə hər zaman futbolçuların motivasiyasına təsir göstərir. Düşünürəm ki, bizimlə oyunda rəqib futbolçular ikiqat hazır olacaqlar.
- “Qırmızı qaralar”ın heyətində əsas yenilik baş məşqçiləri Rəhimovun istefa verməsidi. Baş məşçinin dəyişməsi isə hər zaman futbolçuların motivasiyasına təsir göstərir. Düşünürəm ki, bizimlə oyunda rəqib futbolçular ikiqat hazır olacaqlar.
- Bundan əvvəl istər "Rostov", istərsə də "Spartak" (Nalçik) klubları ilə keçirilən 6 xallıq görüşlərdə komanda azarkeşləri parlaq və baxımlı futbolla sevindirməmişdi. Bəs bu dəfə azarkeşlər komandadan hansı oyunu gözləyə bilərlər?
- Düşünürəm ki, oyun döyüşkən keçəcək. Azarkeşlərimizi hücumda yaradıcı oyunla sevindirməyə çalışacağıq. Çox güman ki, qonaqlar müdafiəyə meylli oynayacaqlar. Biz komandanın heyətindəki bəzi itkiləri meydanda hiss etdirməməyə çalışacağıq. İnanıram ki, 90 dəqiqənin tamamında azarkeşlərimiz bizimlə birgə qələbəni qeyd edəcəklər.
- "Spartak"la kubok oyununda biz səndən qol gözlədiyimiz halda vurduğun top qapı tirinə dəymişdi. Səndən nə vaxt qol gözləyə bilərik?
- Düzdü, hələ dirəklər və tir mane olur (gülür). Düşünürəm ki, bu məsələni ikinci dövrənin sonunda həll edəcəyik. Qapılara növbəti oyunlarda yol tapmağa çalışacağam.
- Buna baxmayaraq, oyunsonrası penaltini orijinal üsulla yerinə yetirdin – kəsmə zərbəylə topu qapının mərkəzinə vurdun. Bu, birbaşa qərar idi, ya əvvəlcədən planlaşdırmışdın?
- Mən əvvəlcədən zərbəni texniki cəhətdən məhz belə yerinə yetirmək istəyirdim. Belə qol vurduğum hal olub.
- Bu qərara görə baş məşqçi sizi töhmət etmədi ki?
- Yox, top artıq qapıda idi (gülür).
- Yox, top artıq qapıda idi (gülür).
- Sənin artıq Rusiya Premyer Liqasına uyğunlaşdığını demək olar?
- Tamamilə! Bu tamaşıçalara və mütəxəssislərə daha yaxşı görünür. Ancaq mən burada özümü çox yaxşı hiss edirəm. Hər tur, hər oyun mənə əminlik gətirir.
- Tamamilə! Bu tamaşıçalara və mütəxəssislərə daha yaxşı görünür. Ancaq mən burada özümü çox yaxşı hiss edirəm. Hər tur, hər oyun mənə əminlik gətirir.
