29 sentyabr 2011 19:22
Türkiyə yığması millimizlə oyun öncəsi ciddi itki ilə üzləşdi
AÇ-2012-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Türkiyə yığması ciddi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, “Fenerbahçe”nin yarımmüdafiəçisi Emre Belözoğlu zədə səbəbindən AÇ-2012-nin Almaniya və Azərbaycan milli komandalarına qarşı oktyabr ayında keçiriləcək oyunlarda iştirak edə bilməyəcək.
Türkiyə mətbuatının yaydığı məlumata görə, Emre “ay-ulduzlular”ın heyətinə çağırılmayacaq və bundan sonra hələ 20 gün yaşıl meydanlardan kənarda qalmalı olacaq.
Qeyd edək ki, Emre ayağında ağrıları artdığına görə dünən “Fenerbahçe”nin məşqini yarımçıq dayandırıb.
