29 sentyabr 2011 19:18
İnter Xəzər Lənkəranla oyunu yenə pullu etdi
"İnter" "Xəzər Lənkəran"la oyunda bilet satmaq qərarına gəlib. Azerisport.az xəbər verir ki, sabah Premyer Liqanın 8-ci turu çərçivəsində baş tutacaq oyunu izləmək istəyənlər bilet almalı olacaq.
Bank klubu artıq rəsmi saytı ilə biletlərin qiymətini açıqlayıb. Sektordan aslı olmayaraq, biletlər bir manata satılacaq.
