30 sentyabr 2011 21:02

Xəzər Lənkəranı da dayandıran tapıldı (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 8-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimzin qarşıdan gələn oyunları ilə əlaqədar olaraq bütün görüşlər eyni günə salınıb.
 
Son iki turda çempionluq uğrunda əsas rəqiblərindən “Neftçi” və “Xəzər Lənkəran”a məğlub olan “Qəbələ” “Rəvan”la qarşılaşıb və bu dəfə də uduzub. Ötən iki turda əldə etdiyi qələbələrlə təhlükəli zonadan uzaqlaşan “Simurq” son çempion “Neftçi”i ilə qarşılaşıb və məğlubiyyətdən qaça bilməyib. Turun mərkəzi qarşılaşması “Şəfa” stadionunda keçirilib. “İnter” turnir cədvəlinin lideri “Xəzər Lənkəran”ı qəbul edib və məğlubiyyət tanımayan rəqibinə ilk dəfə bu acını daddırıb.
 
“Kəpəz” Gəncə şəhər stadionunda autsayder “Sumqayıt Şəhər”i qəbul edib və heç-heçəyə razılaşıb. Paytaxt derbisində “Bakı” AZAL-ı qəbul edib və bu komandalar da sülh bağlayıblar. Son turlar uğursuzluq zolağına düşən “Turan” isə “Qarabağ”ın qonağı olub və rəqibinə yenilib.
 
Premyer Liqa
8-ci tur
30 sentyabr (cümə)
 
SİMURQ - NEFTÇİ - 1:2 (0:1)
Qollar: M.Seyidov, 9 (0:1), Tofiq Mikayılov, 84 (1:1), Fərid Quliyev, 90 (1:2).
Hakimlər: Rövşən Əhmədov, Yaşar Abbasov, Rza Məmmədov, Rəhim Həsənov.
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.
 
Oyun başladı
9. Mirhüseyn Seyidov dəqiq zərbə ilə hesabı açır - 0:1
"Simurq" hücumda heç nə edə bilmir
"Neftçi"nin daha bir qol vurmaq şansı olsa da, bu dəfə bakılılar istəklərinə çata bilmirlər
Çempion topa daha çox nəzarət edən tərəfdi
"Simurq"un bu günkü oyunu baş məşqçini qəti qane etmir. Sergey Yuran çox əsəbi görünür
"Neftçi"nin xüsusilə cinah hücumları meydan sahibləri üçün ciddi çətinliklər yaradır
Qarşılaşmanın tempi xeyli aşağı düşüb və ciddi qol epizodları yoxdu
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Fasilədən sonra da üstün oyun sərgiləyən "Neftçi" ikinci qolu vurmağa çalışır
Oyun daha çox meydanın mərkəzində keçir
Georgiyevskinin təhlükəli olsa da, dəqiq alınmır
Tofiq Mikayılov qonaq komandanın qapısına yol tapa bilir - 1:1
Fərid Quliyev komandasını yenidən hesabda önə keçirir - 1:2
Matç başa çatdı
 
 
İNTER – XƏZƏR LƏNKƏRAN - 1:0 (0:0)
Qol: N.Hacıyev, 72 (1:0).
Hakimlər: Əliyar Ağayev, Munis Abdullayev, Mehman Mahmudov, Fuad Həsənov.
Bakı. "Şəfa" stadionu.
 
Oyun başladı
8. Oyunun ilk dəqiqələri "İnter"in üstünlüyü şəraitində gedir
9. A.Semedonun zərbəsi qapının üstündən keçir
11. R.Əmirquliyevin sağ cinahdan asmasını V.Levin başı ilə cərimə meydançasından uzaqlaşdırır
13. Sağ cinahdan A.Daşdəmirovun asmasını S.Zərgərov başla qapıya göndərir.K.Bayramov topu tutur
15. A.Daşdəmirovun asmasından sonra S.Zərgərov topu qapıya göndərsə də baş hakim oyundan kənar vəziyyət qeydə alır
19. G.Karlsons bir toxunuşla İ.Kandelakini qapıçıyla üz üzə qoydu.K.Bayramov komandasını real qoldan xilas edir
22. "İnter" cərmə zərbəsi yerinə yetirir.P.Zlatinovun zərbəsi,K.Bayramov yerindədi
24. R.Qomeşin asmasını G.Lomaya tutur
26. A.Pitin ara ötürməsinə B.Subasiç çata bilmir
27. A.Məmmədovun ötürməsindən sonra G.Kalsons başla qapıya zərbə endirir.K.Bayramov yerindədi
30. "İnter" təhlükəli nöqtədən cərimə zərbəsi yerinə yetirir.P.Zlatinovun asması,K.Bayramov topa yiyələnir
31. E.Abdullayevin uzaqdan zərbəsi qapının üstündən keçir
35. S.Zərgərovun uzaqdan zərbəsini K.Bayramov tutur
36. "İnter" künc zərbəsindən topu oyuna daxil edir.B.Çervenkonun zərbəsi qapının yanından keçir
38. A.Məmmədovun uzaqdan zərbəsi qapının üstündən keçir
40. E.Bonfimin zərbəsindən sonra top meydanı tərk edir
43. Kobud oyuna görə A.Pit sarı vərəqə ilə cəzalanır
45. İ.Kandelakinin qapı qarşısına asmasını K.Bayramov tutur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
47. E.Abdullayevin uzaqdan zərbəsi,G.Lomaya yerindədir
49. A.Məmmədovun cərimə meydançasına ötürməsi,G.Karlsonsun zərbəsi alınmır
52. Cərimə zərbəsindən P.Zlatinovun ötürməsini K.Bayramov meydandan çıxarır
53. "Xəzər Lənkaran"ın künc zərbəsi, qapı qarşısına asma, E.Allahverdiyevin başla zərbəsi... Topu G.Lomaya tutur
54. A.Daşdəmirovun asması K.Bayramova qismət olur
56. D.Rusiçin sağ cinahdan ötürməsini D.Assioli uzaqlaşdırır
57. XL-da oyunçu dəyişikliyi: E.Abdullayevin əvəzinə meydana Ş.Xəlilov daxil olur
58. D.Rusiçin qüvvətli zərbəsinin qarşısını G.lomaya alır
59. "İnter"də oyunçu dəyişikliyi: S.Zərgərovun əvəzinə meydana N.Hacıyev daxil olur
60. N.Hacıyevin qapı qarşısına ötürməsini G.Karlsons qapıya göndərə bilmir
63. Ş.xəlilovun sağ cinahdan ötürməsinin qarşısını V.Abramidze alır
66. N.Hacıyevin cərimə zərbəsindən asmasını K.Bayramov meydandan çıxarır
67. Kobud oyuna görə B.Çervenko sarı vərəqə ilə cəzalanır
71. E.Bonfimin zərbəsi qapının yanından keçir
72. N.Hacıyevin gözəl zərbəsindən sonra hesab açılır - 1:0
73. "İnter"də oyunçu dəyişikliyi: A.Məmmədovun əvəzinə meydana E.Abdulov daxil olur
75. XL-da oyunçu dəyişikliyi: K.domanın əvəzinə meydana E.Opara daxil olur
78. P.Zlatinovun künc zərbəsindan göndərdiyi top meydandan çıxır
82. E.Oparanın uzaqdan gözəl zərbəsini G.Lomaya qaytarır
83. E.Bonfim kobud oyuna görə sarı vərəqə ilə cəzalanır
84. E.Abdulovun zərbəsi qapının üstündən keçir
85. N.Hacıyevin zərbəsini K.Bayramov meydandan çıxarır
87. A.Semedo qapıya zərbə endirsə də, oyundan kənar vəziyyətdə olur
88. XL cərimə zərbəsi yerinə yetirir. A.Pitin qapı qarşısına asmasını müdafiəçilər uzaqlaşdırırlar
90. Oyunun əsas vaxtına üç dəqiqə əlavə olunur
Matç başa çatdı
 
 
BAKI - AZAL - 0:0 (0:0)
Hakimlər: Vüsal Əliyev, Mübariz Haşımov, İsgəndər Əliyev, Ramil Diniyev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
 
Oyun başladı
7. AZAL-ın ilk hücumu zamanı Vüsal Qarayev qapıya qeyri-dəqiq zərbə endirir
17. Verpakovski qola yaxın olsa da, şansını boşa verir
22. AZAL-ın kornerdən fərqlənmək istəyi alınmır
30. "Bakı"nın künc zərbəsi təhlükəli, amma bəhrəsizdi
36. Benuahinin baş zərbəsi qapıdan aralı keçir
44. AZAL-ın qol vurmaq üçün daha bir şansı olsa da, yararlana bilmir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
"Bakı" ikinci hissəyə fəal başlayıb
AZAL-ın hücumu qeyri-dəqiq zərbə ilə tamamlanır
Şoliçin zərbəsini Həsənzadə tuta bilir
"Bakı"nın o qədər də çox olmayan üstünlüyü davam edir
AZAL oyunda tarazlıq yaratmağa çalışsa da, istəyinə o qədər də nail ola bilmir
Viktor İbekoyi sarı vərəqə alır
Hər iki komanda matçın sonlarında əvəzetmələrlə oyunda dönüş yaratmağa çalışır
Matç başa çatdı
 
 
QARABAĞ - TURAN - 3:1 (1:0)
Qollar: V.Nadirov, 23 (1:0), N.Əliyev, 52 (1:1), A.Aqolli, 54 (2:1), R.Sadiqov, 85 (3:1).
Hakimlər: Elnur Muradov, Nahid Əliyev, Azad Ə. Hüseynov, Alik Yunusov.
Bakı. "Dalğa Arena" stadionu.
 
Oyun başladı
"Qarabağ" oyuna daha fəal başlayıb
4. Vüqar Nadirovun cərimə meydançasına təhlükəli asmasını rəqib müdafiəçilər uzaqlaşdırırlar
15. Meydan sahibləri qonaqları təzyiqdə saxlasalar da, hələ ki, qol vura bilmirlər
20. "Turan" hələ ki, ağdamlıların təzyiqlərinə dözür. Tovuz təmsilçisi özü isə hücum qurmaqda çətinlik çəkir
23. R.Sadıqovun yeriniə yetirdiyi cərimə zərbəsi qapıçı geri qaytarsa da, Vüqar effektli zərbə ilə topu tora qovuşdurur - 1:0
35. "Qarabağ" hücumlarını və ikinci qol axtarışlarını davam etdirir
40. "Turan"ın hücumu zamanı top qapıdan azca aralı keçir
45. 45+1. Vüqarın qapı qarşısına ideal ötürməsi zamanı Adamiya və Tural qol vurmağa gecikir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
52. Namiq Əliyev cinahda bir müdafiəçini aldadaraq qapıya effektli zərbə endirir - 1:1
54. Aqolli Sadiqovla divat ötürməsi edərək qapıçıyla üz-üzə qalır və komandasını önə keçirir - 2:1
57. T.İsgəndərovu İlqar Qurbanov, Qara Qarayevi isə Nderim Nedzipi əvəzləyir
60. Namiq Əliyevin zərbəsi qapıdan aralı keçir
74. "Qarabağ" tamamilə oyuna nəzarəti əlində saxlayır. Lakin yaradılan epizodları dəyərləndirə bilmir
75. Romal Hüseynovun əvəzində meydana Cavid Tağıyev çıxır
76. Sadiqovun qapıya zərbəsi dirəyin yanından keçir
84. "Qarabağ" Roşayla daha bir qol vursa da, hesaba alınmır. Halbuki, qol qaydalar çərçivəsində vurulmuşdu
85. Amma Sadiqov sol cinahla irəliləyib qapıya dəqiq zərbə endirir - 3:1
88. R.Sadiqov yerini Bəxtiyar Soltanova verir
90+1. Namiq Yusifov sarı vərəqə ilə cəzalanır
Matç başa çatdı
 
 
QƏBƏLƏ - RƏVAN - 2:3 (1:2)
Qollar: M.Hüseynov, 9 (1:0), M.Hüseynov, 22-öz qapısına (1:1), C.Pelu, 37 (1:2), S.Barlay, 52 (1:3), Dodo, 78 (2:3).
Hakimlər: Ceyhun Haşımov, Ramiz Əsədov, Namiq Hüseynov, Elçin Məmmədov.
Qəbələ. Şəhər stadionu.
 
Oyun başladı
Qarşılaşma meydan sahiblərinin üstünlüyü şəraitində keçir
9. Künc zərbəsi zamanı müdafiəçilərin geri qaytara bilmədiyi topu Murad Hüseynov təkrar zərbə ilə tora qovuşdurur - 1:0
Meydan sahiblərinin kornerdən ikinci qolu vurmaq istəyi alınmır
14. "Rəvan" oyunda və hesabda tarazlıq yaratmağa çalışır, amma hələ ki, təhlükəli hücumlar qura bilmir
16. Anxel Qutyerres qonaqların heyətində sarı vərəqə almaqla fərqlənir
21. Meydan sahiblərinin heyətində də Daniel Kruz sarı vərəqə alır. Bu, onun bu mövsümdəki 3-cü vərəqəsi olduğu üçün növbəti oyunu buraxmalı olacaq
22. Kristian Torres cərimə zərbəsi zamanı topu rəqib qapısı qarşısına göndərdi və bu zaman Murad Hüseynov təhlükəni sovuşdurmaq istərkən avtoqola imza atır - 1:1
24. Torresin daha bir cərimə zərbəsi. Bu dəfə onun zərbəsini Doroşev dəf edə bilir
24. Dodonun zərbəsi "Qəbələ"yə kornerdən başqa nəsə qazandırmır
25. İki ardıcıl künc zərbəsi meydan sahiblərinə uğur gətirmir
28. Torres simulyasiyaya görə sarı vərəqə ilə cəzalanır
37. Con Pelu qapıçı ilə üz-üzə qalır və bu şansdan maksimum yararlanır - 1:2
42. Bartonun baş zərbəsi qapıdan aralı keçir
45. Dodo sarı vərəqə ilə cəzalanır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Veselko Trivunovic yerini Lyubo Baraninə verir
50. İkinci hissə sürətli hücumlarla başlayıb
52. "Rəvan" əla əks-hücumu qolla tamamlaya bilmir
52. Amma məhz bu epizodun davamında gələn künc zərbəsi zamanı Barlay meydan sahiblərini daha bir dəfə cəzalandırır - 1:3
57. M.Şükürov cərimə zərbəsini qeyri-dəqiq yerinə yetirir
64. Toni Adams Stiv Olfersin əvəzində meydana Arif İsayevi buraxır
68. Çertoqanov yerini Bruno da Silvaya verir
72. Bartonun hesab arasındakı fərqi azaltmasına dirək mane olur
76. Şerif Suma Mahirə qarşı kobudluğa görə birbaşa qırmızı vərəqə ilə cəzalanır
78. Rəqib müdafiəçi və qapıçının kobud səhvindən yararlanan Dodo topu aşırma zərbə ilə tora qovuşdurur - 2:3
80. Torresin əvəzində meydana Tural Cəlilov çıxır
82. Dodonun cərimə meydançası həndəvərindən zərbəsi qapıdan aralı keçir
83. "Rəvan" da artıq uzaqdan zərbələrlə rəqib qapısına düşməyə çalışır
87. Qutyerresin əvəzində meydana Ramazan Abbasov daxil olur
90. Matçın əsas vaxtına 90 dəqiqə əlavə olunur
90+1. Baraninin uzaqdan zərbəsi qapının üstündən keçir
90+2. Natiq Kərimi yerini Fərid Həşimzadəyə verir
Matç başa çatdı
 
 
KƏPƏZ – SUMQAYIT ŞƏHƏR - 1:1 (0:1)
Qol: Eldar Məmmədov, 38 (0:1), C.Sultanov, 63 (1:1).
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Elman Musayev, Anar Salmanov.
Gəncə. Şəhər stadionu.
 
Oyun başladı
Gəncəlilər oyuna daha fəal başlayıblar
Qonaqların qapıçısı komandasını qoldan xilas edir
Sumqayıtlıların təhlükəli əks-hücumu qapıya zərbə ilə tamamlanmır
Meydan sahiblərinin heyətində Fomenkonun zərbəsi qapıdan aralı keçir
SŞ-in daha bir təhlükəli hücumu zamanı qapıçı meydan sahiblərini qoldan xilas edir
Gəncəlilər hücumlarını davam etdirirlər
Eldar Məmmədov meydan sahiblərini şoka salan qola imza atır - 0:1
Qonaqlar az qala ikinci qolu rəqib qapısından keçirəcəkdilər
"Kəpəz" üstünlüyü ələ alsa da, bunu hesabda əks etdirə bilmir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
SŞ fasilədən sonra da fəaldı
Eldar Məmmədovun uzaqdan zərbəsini qapıçı tutur
Fomenko yenə qeyri-dəqiq zərbə ilə diqqət mərkəzinə düşür
Ceyhun Sultanov nəhayət ki, komandasını məğlubiyyətdən xilas edir - 1:1
Qonaqların qapısı qarşısında təhlükəli vəziyyət zamanı qapıçı əla reaksiya nümayiş etdirir
Matç başa çatdı
 
 
1
XL
8
6
1
1
13-5
19
2
Neftçi
7
5
0
2
11-5
15
3
İnter
8
4
2
2
6-5
14
4
Qarabağ
7
4
1
2
9-5
13
5
Bakı
8
3
3
2
8-6
12
6
Kəpəz
8
3
2
3
14-13
11
7
Qəbələ
8
3
2
3
9-10
11
8
Rəvan
8
2
3
3
10-11
9
9
AZAL
8
2
3
3
10-12
9
10
Simurq
8
2
2
4
7-9
8
11
Turan
8
2
0
6
7-13
6
12
SŞ
8
0
3
5
3-12
3
 
Bombardirlər:
4 - Sergey Artyux (Turan), Yuri Fomenko, Ceyhun Sultanov (hər ikisi "Kəpəz")
3 - Emeka Opara (Xəzər Lənkəran), Bahodir Nasimov (Neftçi). 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.