30 sentyabr 2011 00:12
Türkər Amitin çıxışını qiymətləndirdilər
Türkiyə mətbuatı yığma komandamızın yarımmüdafiəçisi Amit Quluzadənin Bank Asya birinci liqanın son turundakı çıxışını qiymətləndirib. Azerisport.az xəbər verir ki, doğma meydanda “Denizlispor”la qarşılaşan və 1:1 hesablı heç-heçəyə razılaşan “Kayseri Erciyesspor”un üzvü bu dəfə o qədər də yüksək qiymətə layiq görülməyib.
Türklər Amitin çıxışını 5 balla qiymətləndiriblər. Quluzadə ilə yanaşı Kayseri təmsilçisinin daha 3 futbolçusu eyni qiymətə layiq görülüb. Ən aşağı qiymət isə Metinə verilib – 4. “Erciyesspor”un ən yaxşısı isə Fatih Kılıçkaya olub – 7 bal.
Xatırladaq ki, Amit “Denizlispor”la oyunun start heyətində meydana çıxıb və 90-cı dəqiqədə əvəzlənib.
Erciyesspor: Ferhat - 6, Fatih Kılıçkaya - 7, Cemil - 6, Serkan - 6, Emrah - 6, Amit - 5 (Cemal, 90) – qiymətsiz, Kemal Okyay - 6, Metin - 4 (Posinkoviç, 46) – 5, Davut – 5, Sofiane - 5, Gökhan Kaba – 6.
