29 sentyabr 2011 11:09
Xəzər Lənkəranda Kamran Ağayev şoku
"Xəzər Lənkəran" "İnter"lə oyunun hazırlıqlarını Lənkəranda davam etdirir. Azerisport.az xəbər verir ki, komanda dünən doğma şəhərdə "İnter"lə oyunöncəsi son məşqinə çıxıb.
"Fırtınalar meydanı"nın yardımçı meydançasında baş tutan hazırlıq prosesində komandanı baş məşqçi Mirça Rednik və köməkçisi Mihay Teja hazırlaşdırıb. Artıq üç gündü məşqlərə qatılmayan komandanın kapitanı Kamran Ağayev bu gün nəhayət ki, üzə çıxıb. Onu bazanın həyətindəki otelin qarşısında görüblər. Kamranın axsadığı diqqəti çəkib ki, bu da ciddi narahatçılığa səbə olub. Kapitanın "İnter"lə oyunda iştirak edib-etməyəcəyi bilinmir. (12-ci oyunçu)
