29 sentyabr 2011 11:38
Medvedev: Türkiyə və Avstriya ilə oyunlarda 3 xal qazana bilərik
“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev azerisport.az saytına müsahibəsində komandasının çıxışını dəyərləndirib, millimizin qarşıdan gələn seçmə oyunlarına toxunub.
- “Turan”la oyuna hazırlıqlarınız necə gedir?
- Hər şey adi qaydada gedir. Sadəcə, Rauf Əliyevlə Əfran İsmayılov zədə səbəbindən komandayla məşq edir. AZAL üzərində qələbədən sonra komandada atmosfer əladı. Artıq bütün fikirlərimiz “Turan”la oyuna yönəlib. Çoxları hesab edir ki, biz bu oyunun favoritiyik. Amma tovuzlulardan çox şey gözləmək olar. İndi hər bir komanda digərinə qarşı layiqli müqavimət göstərə bilir. Biz indidən 3 xalı cibimizdə hiss edə bilmərik.

- Hər halda “Qarabağ” “Turan”dan daha təcrübəlidi...
- Tovuzluların da heyətində çoxlu yaxşı futbolçular çıxış edir. Demək olar ki, təcrübəli futbolçulardan qurulub. Buna görə də qarşıdakı oyuna adi gözlə baxa bilmərik. “Turan” istənilən rəqibi dayandıra biləcək rəqibdi. “Sumqayıt Şəhər”lə oyunumuzu yada salın, onda da hamı bizim 3 xal qazanacağımızı düşünürdü. Amma sonda iki xal itirdik.
- Raufla Əfransız işinizin çətin olacağı gözlənilsə də, AZAL-la oyunda bunu hiss etdirmədiniz....
- Son oyunda Vüqar Nadirov əla oynadı. Hətta deyərdim ki, o, mövsümdə ən yaxşı oyunlarından birini keçirdi. Leonardo Roşa da artırır. O, hələ adaptasiya dövrünü tam arxada qoymayıb. AZAL-la oyunda o da yaxşı oynadı. Georgi Adamiyanı da xüsusi qeyd etməmək olmaz. Dubla imza atmaqla öz səviyyəsini göstərdi. Bir sözlə, “Qarabağ”ın gücü kollektiv oyun sərgiləməkdədi.
- Komandanı çempion ola biləcək gücdə hesab edirsiz?
- Mən hələ çempionluq barədə düşünmürəm. Amma turnir cədvəlindəki yerimiz də məni qane etmir. “Qarabağ” indi ilk növbədə birinci altılıq haqda düşünməlidi. Yalnız bundan sonra medallara olan şanslarımızı dəyərləndirmək olar. Axı ilk altılığa vəsiqə uğrunda indi 7-8 komanda mübarizə aparır. Odu ki, hər şeyə ilkin mərhələdən sonra aydınlıq gələcək. Sonrasına baxarıq.

- Aleksandr Səmədovun Azərbaycan millisindən imtina edib, Rusiya yığmasına dəvət almasını necə qarşıladınız?
- Bu, onun seçimidi və nə etdiyini bilir. Hər halda istədiyi kimi seçim edib. Əminəm ki, yaxınları da ona məhz Rusiya yığmasını seçməyi məsləhət biliblər. Odu ki, biz bunu faciəyə çevirməməliyik.
- Bu, onun seçimidi və nə etdiyini bilir. Hər halda istədiyi kimi seçim edib. Əminəm ki, yaxınları da ona məhz Rusiya yığmasını seçməyi məsləhət biliblər. Odu ki, biz bunu faciəyə çevirməməliyik.
- Qarşıda milli komandamızı Avstriya və Türkiyə ilə oyunlar gözləyir...
- Avstriya ilə oyun Qazaxıstanla görüşə nisbətən daha çətin olacaq. Onlara xal lazımdı. Hətta ikinci yer şansları itirilsə də, xal qazanmaq istəyəcəklər. Bildiyim qədərilə, bura tam heyətlə gələcəklər. Odu ki, çətin oyun alınacaq. Amma Azərbaycan da sərfəli nəticəyə ümid edə bilər. Proqnoz verməyəcəm. Sadəcə, onu deyə bilərəm ki, biz qələbə barədə düşünürük. Türkiyə isə revanş barədə düşünür. Təsəvvür edə bilmirəm ki, onlar bizimlə oyuna necə köklənəcəklər. Bakıdakı məğlubiyyəti onlar təsadüfi hesab edirlər. Hər şey oyuna köklənmədən asılı olacaq. Mən realistəm. Buna görə də hesab edirəm ki, bu iki oyundan 1 xal qazanmaq olar.