29 sentyabr 2011 11:51
Vaqif Sadıqovun Anjidəki günləri bitir
Rusiya mətbuatı "Anji"nin baş məşqçisi Hacı Hacıyevin postundan uzaqlaşdırıldığını yazıb. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis artıq komandanın növbəti məşqinə çıxmayıb.
Klubdan bu məlumatı təsdiqləməsələr də, fakt faktlığında qalır. Artıq Hacıyevin köməkçisi Andrey Qordeyev və kapitan Roberto Karlos müvəqqəti məşqçilər təyin ediliblər. "Terek"lə evdəki bərabərlikdən sonra azarkeşlərin baş məşqçini istefaya çağırması öz həlledici rolunu oynayıb. Ən yaxın zamanda məlumatın təsdiqlənməsi gözlənilir.
Aydın səmada ildırım effekti verən bu xəbər, həmyerlimiz Vaqif Sadıqov üçün də pis olub. Çünki onu "Anji"yə məhz Hacı Hacıyev gətirmişdi. Çox böyük ehtimalla millimizin sabiq baş məşqçisinin bu klubdakı günləri də başa çatır. Yeni baş məşqçinin özüylə öz köməkçilərini də gətirəcəyini nəzərə alsaq, yaxın günlərdə Sadıqovu Bakıda görə bilərik.
