29 sentyabr 2011 12:01
Banişevskinin nəvəsi Neftçidə! (FOTO)
Azərbaycan futbolunun və "Neftçi"nin əfsanəsi Anatoli Banişevskinin nəvəsi Əli Babayev “Neftçi”nin sıralarına qoşulub. Azerisport.az xəbər verir ki, o, paytaxt klubunun U-16 komandasının şərəfini qoruyacaq.
Babası kimi ulduz futbolçu olmağı qarşısına məqsəd qoyan hücumçu təəssüratlarını klubun rəsmi saytına bölüşüb:
"Futbolla uşaqlıqdan maraqlanmışam. Atam bu marağı görüb, məni futbol məktəbinə yazdırdı. "Neftçi"də oynamaq isə mənim çoxdankı arzumdu. Burada çıxış etmək mənim üçün böyük şərəfdi, çünki birvaxtlar babam Anatoli Banişevski də bu klubda oynayıb. Dahi futbolçunun nəvəsi olmaq çox böyük məsuliyyətdi. Əlimdən gələni edəcəm ki, futbolda babam kimi parlaq iz qoyum. Çox sevinirəm ki, mən də babam kimi "Neftçi"nin 9 nömrəli formasında çıxış edəcəm" - deyə Əli Babayev bildirib.
