29 sentyabr 2011 01:39
“Mən bu dəvəti çox gözləmişəm"
“İnter”in gənc yarımmüdafiəçisi Asif Mirili müsahibəsində zədəsindən danışıb, “Xəzər Lənkəran”la keçiriləcək qarşılaşma barədə fikirlərini açıqlayıb və çoxdan gözlənilən gənclərdən ibarət milli komandaya dəvətdən bəhs edib. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
- Asif, sənin bu yaxınlarda zədə aldığını bilirik. Məhz bu səbəbə görə bir neçə oyun buraxmalı oldun. İndi vəziyyət necədi?
- Bəli, “Simurq”la oyundakı matçda zədə aldım və meydanı tərk etməli oldum. Amma Allaha şükür, zədəm ciddi olmadı və tezliklə məşqlərə başladım. İndi özümü yaxşı hiss edirəm. Deyə bilərəm ki, meydana çıxmağa hazıram.
- “İnter”in son oyunları barədə nə deyə bilərsən?
- AZAL və “Kəpəz” komandalarına qalib gələ bilməməsinə baxmayaraq, “İnter” bu matçlarda yaxşı təsir bağışladı. Komanda kifayət qədər tarazlı oyun göstərdi və 2 oyunda bir çox əlverişli vəziyyətlər yaratdı. Təəssüf ki, şanssızlıq amili qələbə qazanmağımıza imkan vermədi, amma istənilən halda itirilmiş xalları növbəti turlarda kompensasiya etmək mümkündü.
- Qarşıda “İnter”i “Xəzər Lənkəran”la çətin oyun gözləyir. Bu matç barədə nə düşünürsən?
- “Xəzər Lənkəran”ın gücü barədə danışmağa dəyməz, hamı bu komandanın imkanlarını yaxşı bilir. Onlar çempionata əla başladılar və turnir cədvəlində digər komandalardan uzaqlaşıblar. Amma hər halda məğlubedilməz komanda yoxdu. Rəqibə qalib gəlmək üçün əlimizdən gələni etməyə çalışacağıq.
- Birinci dövrənin yarısından çox keçib, turnir cədvəli getdikcə öz konturlarını alır. Aydın olur ki, kim bu və ya digər yerlər uğrunda mübarizə aparacaq...
- Bəli, artıq hansısa nəticələr çıxarmaq olar. Amma istənilən halda qeyd etmək istərdim ki, bu il çempionat kifayət qədər gözlənilməz alınır. Bir nəzər yetirin, birinciliyin oyunlarında necə sürprizlər qeydə alınır? Aralıq oyunlar qalmayıb və hətta autsayderi məğlub etmək üçün çox tərləmək lazım gəlir.
- Məlumdu ki, səni oktyabrın əvvəlində Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində 2 oyun keçirəcək Azərbaycanın gənclərdən ibarət milli komandasına dəvət ediblər. Bu dəvətə necə reaksiya verdin?
- Çox şad oldum. Etiraf edim ki, bu dəvəti çox gözləmişəm və məni dəvət etmələrindən məmnunam. Milli komandada özümü göstərmək və mənə olan inamı doğrultmaq istəyirəm.
- Buna qədər hansısa yaş kateqoriyasında milli komandalara cəlb olunmusan?
- Bəli, U-19 komandasına cağrılmışam, ancaq o zaman hər şey təlim-məşq toplanışıyla məhdudlaşmışdı. Səmimi qəlbdən ümid edirəm ki, indiki cağırış daha uğurlu olacaq.
- Bu mövsüm artırdığını görmək olar. Yəqin sən də oyunundan razısan?
- Bilirsiniz, hətta yüksək səviyyəli futbolçular da oyunlarından 100 faiz razı qalmırlar. Burada mənim haqqımda nə demək olar?! Xoşdur ki, “İnter”in əsas oyunçularından birinə çevrilmək mənə müyəssər oldu. Lakin yorulmadan təkrarlayacağam ki, mənə öz üzərimdə hələ çox işləmək lazımdı. (klubun saytı)
