29 sentyabr 2011 12:14
Cənub Amerika derbisini Braziliya qazandı (VİDEO)
Cənubi Amerikanın iki ən güclüsü – Braziliya və Argentina milliləri yoxlama oyunu keçiriblər. Azerisport.az xəbər verir ki, Braziliyada baş tutan görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb. “Sambaçılar”ın qollarına Lukas və Neymar imza atıblar. Qeyd edək ki, bu oyunda hər iki yığmanın heyətində ancaq ölkələrində top qovan futbolçular çıxış ediblər.
