29 sentyabr 2011 00:14
Sumqayıt Şəhər Gəncə səfərinə itkilərlə yollanır
“Sumqayıt Şəhər” Premyer Liqanın 8-ci turu çərçivəsində sentyabrın 30-da “Kəpəz”in qonağı olacaq. Azerisport.az xəbər verir ki, hər gün iki dəfə olmaqla hazırlığını davam etdirən komanda bu gün Gəncəyə yola düşəcək.
Heyətdə yer alan zədəli futbolçular – Rəşad Kərimov və Orxan Həsənov “Kəpəz”lə oyunda iştirak etməyəcək. Əməliyyat olunan Aleksandr Qross isə 3-4 həftədən sonra məşqlərə başlayacaq.
Zədələrini sağaltmış Ruslan Qurbanov, Hacı Əhmədov, Aqil Məmmədov isə artıq komanda ilə birlikdə məşqlərə başlayıb. Mövsümlərarsı fasilədə “Neftçi”dən icarəyə götürülmüş Ruslan Qurbanovun “Sumqayıt Şəhər”in heyətində debüt edəcəyi gözlənilir.
Xatırladaq ki, “Kəpəz” – “Sumqayıt Şəhər” oyunu saat 16:00-da başlayacaq.
