29 sentyabr 2011 12:30

Toni Adams üçün yubiley matçı

Futbol üzrə Azərbaycan Premyer Liqasının 8-ci turu “Qəbələ” klubunun baş məşqçisi Toni Adams üçün əlamətdar olacaq. Azerisport.az xəbər verir ki, böyük britaniyalı mütəxəssis çempionatımızda yubiley – 40-cı oyununda iş başında olacaq.
 
2005-ci ildə yaranan klubun tarixinə 3-cü baş məşqçi kimi düşən Adams “Rəvan”la qarşılaşmayadək 39 matçda “Qəbələ”nin “sükanı arxasında” olub. 2010-cü ilin yayında müqavilə bağladığı komandanı ötən mövsümün 32 görüşünə çıxaran ingilis çalışdırıcı bu il 8-ci matçda 40 həddinə çatacaq.
 
Bu ev oyununadək qəbələlilər Adamsın rəhbərliyi altındakı çempionat matçlarında 16 qələbə qazanıb, 14 heç-heçə edib və 9 dəfə uduzub.
 
“Qəbələ” Toni Adamsın rəhbərliyi altında Premyer Liqada
 
mövsüm
O
Q
H
M
TOP
X
2010/11, təsnifat mərhələsi
22
8
7
7
19-14
31
2010/11, final mərhələsi
10
5
5
0
12-4
20
2010/11, cəmi
32
13
12
7
31-18
51
2011/12
7
3
2
2
7-7
11
Cəmi
39
16
14
9
38-25
62
 
Qeyd edək ki, əsas komandanın baş məşqçisi Adams kimi əvəzedici heyətin çalışdırıcısı Daril Villard da “Qəbələ”də 40-cı oyununu keçirəcək. İndiyədək onun rəhbərlik etdiyi əvəzedicilər 39 matçda 21 qələbə qazanıb, 9 heç-heçə edib və eyni sayda da uduzub. Onun yetirmələri 77 qol vurub və 43-nü buraxıblar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.