30 sentyabr 2011 01:05
Rednik: İndi liderliyimizi daha da möhkəmləndirmək barədə düşünürük
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik Premyer Liqanın 8-ci turunun “İnter”lə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Komandamız yeni mövsümə uğurlu start verib. Biz yaxşı oyunlar keçirmişik, bu matçlarda uğurlu nəticələr qazanmışıq. Turnir cədvəlində liderlik əlimizdədi. İndi sadəcə, bu liderliyimizi daha da möhkəmləndirmək barədə düşünürük. Bunun üçün indi də “İnter”i məğlub etmək lazımdı. Rəqibimiz heç də sıradan komanda deyil. Özü də bizi öz meydanlarında qəbul edəcəklər. Buna baxmayaraq, ancaq qələbəyə oynayacağıq”.