30 sentyabr 2011 13:17
Aqil Nəbiyev: AZAL-ın hədəfi çempionluqdu
AZAL-ın müdafiəçisi Aqil Nəbiyev Premyer Liqanın 8-ci turunun “Bakı” ilə oyunu öncəsi komandasının və özünün durumunu dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, öncə zədəsinin nə yerdə olduğu barədə məlumat verib:
“Mən yenə məşqlərə başlamışam. Bu gün də fərdi qaydada məşq etdim. Tədricən komandayla məşqlərə də başlayacam. Amma “Bakı” ilə sabahkı (söhbət dünən olub – azerisport.az) oyunu buraxmalı olacam”.
“Mən yenə məşqlərə başlamışam. Bu gün də fərdi qaydada məşq etdim. Tədricən komandayla məşqlərə də başlayacam. Amma “Bakı” ilə sabahkı (söhbət dünən olub – azerisport.az) oyunu buraxmalı olacam”.
Nəbiyev komandasının uğursuz çıxışını belə dəyərləndirib: “Biz hələ ki, inamlı oyun sərgiləyə bilmirik. Ola bilsin ki, bu, bütün futbolçuların bir-birinə uyğunlaşa bilməməsi ilə əlaqədardı. Yəqin yeni gələn futbolçular hələ tam adaptasiya ola bilməyiblər. Hələ ki, vahid kollektiv yoxdu. Amma prinsipcə, heyətimizdə elə ciddi dəyişikliklər də olmayıb. Ötən mövsüm bizim əsas üstünlüyümüz fədakarlığımız idi. Bu mövsüm oyunlarımızda hələ ki, həmin fədakarlığı görmürəm”.
“Təyyarəçilər”in kapitanı “Bakı” ilə paytaxt derbisi barədə də danışıb: “Biz bu komandanı məğlub edəcək gücdəyik. Artıq üç oyundu qələbə qazana bilmirik. Fikrimcə, bu uğursuz seriyaya son qoymaq zamanıdı. Başqa çıxış yolumuz yoxdu. Ancaq qələbə. Çünki bu mövsüm qarşımıza çempion olmaq hədəfi qoyulub. Biz bu məqsədə nail olmalıyıq. Ötən mövsüm avrokuboklara vəsiqə qazandıq. Bu dəfə daha böyük uğur qazanmaq istəyirik”.
