30 sentyabr 2011 14:01
Toni Adams: İki yenilgidən sonra qələbə qazanmaq vaxtıdı
“Qəbələ”nin baş məşqçisi Toni Adams Premyer Liqanın 8-ci turunun “Rəvan”la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bu gün bizi çətin oyun gözləyir. Rəqibimiz son turda səfərdə “Turan” üzərində qələbəyə sevinib. Digər tərəfdən bu klubda baş məşqçi dəyişikliyinə əl atılıb. Bu amil isə adətən ilk oyunlarda müsbət effekt verir. Gərgin oyun olacaq. İki məğlubiyyətdən sonra bizə qələbə qazanmaq vaxtıdı”.