30 sentyabr 2011 14:28
“Türklərin bizimlə oyuna hirsli çıxması işimizə yaraya bilər”
AZAL-ın kapitanı, yığma komandamızın üzvü Aqil Nəbiyev AÇ-2012-nin seçmə mərhələsinin qarşıdan gələn Avstriya və Türkiyə ilə oyunları öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Fikrimcə, biz evdə avstriyalıları yenə bilərik. Avstriya yığmasında baş verən son hadisələrdən, komandaya cəlb olunan futbolçulardan da xəbərim var. Görünür ki, ən yaxşı oyunçularını Bakıya gətirirlər. Amma hər şeyə rəğmən, mən Avstriya ilə oyunda 3 xal qazanmağın mümkünlüyünü düşünürəm. Türkiyə ilə səfərdə oynamaq isə çox çətin olacaq. Bir il öncə onlar Bakıda uduzduqları üçün qisas almağa çalışacaqlar. Amma onların bizimlə oyuna hirsli çıxması işimizə yaraya bilər. Digər tərəfdən unutmamalıyıq ki, türklərə bizimlə oyunda həm də 3 xal çox lazımdı. Çünki Avropa çempionatına vəsiqə qazanmaq istəyirlər. Baxmayaraq ki, bizə də xal qazanmaq lazımdı”.