30 sentyabr 2011 14:43
Türkiyə yığmasında millimizlə oyun öncəsi daha bir itki
AÇ-2012-nin seçmə mərhələsində oktyabrın 7-də Almaniya, 11-də isə millimizlə qarşılaşacaq Türkiyə seçməsi daha bir ciddi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, “ay-ulduzlular”ın aparıcı yarımmüdafiəçisi Selçuk İnanın da sözügedən görüşlərdə meydana çıxa bilməyəcəyi dəqiqləşib.
“Galatasaray”ın şərəfini qoruyan 26 yaşlı futbolçu zədə səbəbindən Türkiyə millisinin Almaniya və Azərbaycan yığmaları ilə vacib oyunları öncəsi təlim-məşq toplanışına dəvət olunmayacaq. Qeyd edək ki, Səlçuk Bakıda millimizin qələbəsi ilə başa ilk oyunda türklərin heyətində yer almışdı.
Bundan öncə Türkiyə yığmasının daha bir yarımmüdafiəçisi – Emre Belözoğlunun da zədə səbəbindən millimizə qarşı oynamayacağı dəqiqləşmişdi.
