30 sentyabr 2011 16:35
Foqts Avstriya və Türkiyə ilə oyunlar üçün heyəti açıqladı
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində son oyunlara hazırlaşan futbol üzrə yığma komandamızın heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Berti Foqts heyətə 23 futbolçu dəvət edib.
Qeyd edək ki, yığmamız oktyabrın 7-də Avstriya, oktyabrın 11-də isə Türkiyə yığması ilə qarşılaşacaq. Qeyd olunan oyunlarla əlaqədar millimiz oktyabrın 1-dən 7-dək Bakıda, oktyabrın 8-dən 12-dək isə Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışı keçirəcək.
Sonda onu da vurğulayaq ki, Vaqif Cavadov millinin heyətinə oktyabrın 2-də, Ufuk Budak isə oktyabrın 3-də qoşulacaq.
Millimizin heyətinə dəvət olunan futbolçuların tam siyahısı isə belədi:
Qapıçılar: Kamran Ağayev (Xəzər Lənkəran), Andrey Popoviç (Sumqayıt Şəhər), Aqil Məmmədov (Bakı);
Müdafiəçilər: Rəşad Sadıqov (Qarabağ), Vladimir Levin (İnter), Ruslan Əmircanov, Ruslan Abışov, Rail Məlikov (hamısı “Neftçi”), Mahir Şükürov, Saşa Yunisoğlu, Vurğun Hüseynov (hamısı “Qəbələ”), Aqil Nəbiyev (AZAL), Elnur Allahverdiyev (Xəzər Lənkəran), Ufuk Budak (Freiburg, Almaniya);
Yarımmüdafiəçilər: Aleksandr Çertoqanov (Qəbələ), Rəşad Sadiqov, Namiq Yusifov, Əfran İsmayılov (hamısı “Qarabağ”), Rahid Əmirquliyev (Xəzər Lənkəran);
Hücumçular: Branimir Subaşıç (Xəzər Lənkəran), Vüqar Nadirov, Rauf Əliyev (Qarabağ), Vaqif Cavadov (Volqa, Rusiya), Elşən Məmmədov (AZAL), Murad Hüseynov (Qəbələ).
