30 sentyabr 2011 16:49

Qanunsuz idman mərcləri və qumara görə cəza müəyyən olundu

Azərbaycanda qanunsuz lotereyaların və idman mərc oyunlarının hüququ olmayan şəxs tərəfindən təşkilinə görə cərimələrin məbləği təyin olunub. Azerisport.az xəbər verir ki, bununla bağlı parlamentin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə dəyişiklik edilib.
 
İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliklərə görə, qanunsuz lotereyaların və idman mərc oyunlarının (stimullaşdırıcı lotereyalar istisna olmaqla) hüququ olmayan şəxs tərəfindən təşkilinə görə, təşkilatçı şəxs 1500 manatdan 2000 manatadək cərimə ödəyəcək.
 
Eyni zamanda, dəyişikliklərə görə, qumar oyununda iştiraka görə cərimənin məbləği də artırılıb. Qumar oyununda iştirak edənlər oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və digər əmlak müsadirə edilməklə 400 manatdan 600 manatadək cərimə olunacaqlar. Bu dəyişiklik qanunla müəyyən edilmiş qaydada keçirilən lotereyalara və idman mərc oyunlarına şamil olunmur.
 
Bu dəyişikliklərlə əlaqədar olaraq cinayət məcəlləsinə də əlavə və dəyişikliklər olunub. Qanunsuz olaraq lotereya və idman mərc oyunlarının keçirilməsinə görə bu əməllər təkrar törədildikdə, külli miqdarda ziyan vurduqda, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya bir ildən beş ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
 
Qumarxana üçün yer təşkil edən və həmin yeri saxlayanlar 2 ilədək müddətə islah işləri və ya üç ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Eyni əməllər təkrar və ya qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə tərəfindən törədildikdə 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.