30 sentyabr 2011 17:18
Yığmamızın baş məşqçisi: Potensialımızdan istifadə edə bilmədik
17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində bu gün keçirilmiş Ukrayna – Azərbaycan oyunundan sonra mətbuat konfransı təşkil olunub. Azerisport.az xəbər verir ki, Azərbaycan U-17 yığmasının baş məşqçisi Sissi Rayt 3 cavabsız qolla uduzduğumuz görüşdən sonra bunları dilə gətirib:
“Biz bu gün potensialımızdan istifadə edə bilmədik. Söhbət heç də 0:3 hesabı ilə məğlub olmağımızdan getmir. Ötürmələrdə kobud səhvlərə yol verdik. Faiz etibarilə danışsaq, imkanlarımızdan 30-40 faiz istifadə edə bildik. Məğlubiyyəti hansısa futbolçunun üzərinə yıxmaq istəmirəm. Komanda şəklində uduzduq”.
