30 sentyabr 2011 17:24
“Azərbaycan millisindən daha yaxşı oynadıq”
17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində bu gün keçirilmiş Ukrayna – Azərbaycan oyunundan sonra mətbuat konfransı təşkil olunub. Azerisport.az xəbər verir ki, Ukrayna U-17 yığmasının baş məşqçisi Mikola Lisenko 3 cavabsız qolla qələbə qazandıqları görüşdən sonra bunları dilə gətirib:
“İlk növbədə, təşkilatçılığın yüksək səviyyədə oluduğunu bildirmək istərdim. Azərbaycan yığması qısa müddət ərzində yaxşı komanda kimi formalaşıb. Maraqlı oyununun şahidi olduq. Düşünürəm ki, biz daha yaxşı oynadıq və yaratdığımız imkanlardan yararlanmağı bacardıq. Rəqibimizə qarşıdakı oyunlarda uğurlar arzulayıram”.
