30 sentyabr 2011 17:52
Foqts Arif İsayevi də milliyə dəvət etdi
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 7-də Avstriya, oktyabrın 11-də isə Türkiyə yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətinə daha bir futbolçu dəvət olunub. Azerisport.az xəbər verir ki, millimizin baş məşqçisi Berti Foqts “Qəbələ” klubunun üzvü Arif İsayevə də dəvət göndərib.
Qeyd edək ki, bununla da millimizə çağırılan futbolçuların sayı 26-ya çatıb. Bundan öncə almaniyalı mütəxəssis 25 futbolçuya dəvət göndərmişdi.
