30 sentyabr 2011 18:18
Toni Adams: Bütün komanda günahkardı
“Qəbələ”nin baş məşqçisi Toni Adams Premyer Liqanın 8-ci turunun “Rəvan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ təmsilçisinin britaniyalı çalışdırıcısı 2:3 hesabı ilə məğlub olduqları görüşdən sonra bunları dilə gətirib:
“Bu, “Qəbələ”nin mənim burda çalışdığım müddətdəki ən pis oyunlarımdan biri idi. Rəqibi qiymətləndirməmək olmaz. Heç kimin cavabdehliyini götürmürəm. Bu məğlubiyyətə görə bütün komanda günahkardı”.
