30 sentyabr 2011 18:28
Vladislav Qədirov: Bilirdik ki, bizə ancaq qələbə lazımdı
“Rəvan”ın baş məşqçisi Vladislav Qədirov Premyer Liqanın 8-ci turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı səfərdə qazandıqları 3:2 hesablı qələbədən sonra bunları dilə gətirib:
“Maraqlı oyun alındı. Erkən qol buraxmağımıza baxmayaraq, özümüzə gələ bildik. Bilirdik ki, bizə ancaq qələbə lazımdı. Fasilədə də futbolçularımızı inandırmağa çalışdım ki, qələbə qazanacağıq. Uşaqlar sağ olsunlar ki, biz başa düşdülər”.
