30 sentyabr 2011 18:49
“Hakimin bəzi qərarları təəccübləndirdi”
“Kəpəz”in baş məşqçisi Mehman Allahverdiyevin köməkçisi Nadir Şükürov Premyer Liqanın 8-ci turunun “Sumqayıt Şəhər”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı 1:1 hesabı ilə başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Qələbə qazana bilərdik. Qoldan başqa iki dəfə də zərbəmiz dirəkdən döndü. Məni hakimin bəzi qərarları təəccübləndirdi. Xüsusilə də onun “Sumqayıt Şəhər”in qapıçısı ilə bağlı qəbul etdiyi qərar. Fikrimcə, laynsman baş hakimə qapıçını meydandan qovmağı desə də, o, məsuliyyəti üzərinə götürüb, bu qərardan vaz keçdi”.
Qeyd edək ki, Allahverdiyev atasının vəfatı ilə əlaqədar olaraq bu mətbuat konfransında iştirak edə bilməyib.
