30 sentyabr 2011 18:55
Bernard Raab: Biz bu gün iki xal itirdik
“Sumqayıt Şəhər”in baş məşqçisi Bernard Raab Premyer Liqanın 8-ci turunun “Kəpəz”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Sumqayıt klubunun almaniyalı çalışdırıcısı 1:1 hesabı ilə başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Komandamdan çox razıyam. Bəzi dəyişikliklərə əl atmışdıq ki, bu da özünü doğrultdu. İkinci qolu da vura bilərdik. Amma alınmadı. Öz oyunçularıma minnətdaram. Bu gün iki xal itirdik”.
