30 sentyabr 2011 19:04
İspanların baş məşqçisi Bakı zəfərini şərh etdi
17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində bu gün keçirilmiş İspaniya – Bosniya və Herseqovina oyunundan sonra hər iki komandanın baş məşqçisi oyunla bağlı fikirlərini açıqlayıblar. Azerisport.az xəbər verir ki, ispanların 6 cavabsız qolla qələbə qazandıqları oyundan sonra məşqçilər bunları dilə gətiriblər:
Xorxe Vilda (İspaniya U-17 yığmasının baş məşqçisi): “Xeyli qol vəziyyəti yaratdıq və bunlardan yetərincə yararlana bildik. Komandanın oyunundan razıyam. İlk qarşılaşmada qalib gəldiyimiz üçün çox şadam”.

İliya Lukiç (Bosniya və Herseqovina U-17 yığmasının baş məşqçisi): “Komandamız yeni qurulub. İlk rəsmi oyunumuzu keçirdik. Buna görə hazırlaşmaq üçün vaxtımız az olub. İspaniya yığması güclü rəqibdi. Rəqibimiz oyunumuzu göstərməyə imkan vermədi”.