30 sentyabr 2011 20:07
Qurban Qurbanov: Problemlərimiz artıq arxadadı
“Qarabağ”nin baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 8-ci turunun “Turan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 3:1 hesabı ilə qələbə qazandıqları görüşdən sonra bunları dilə gətirib:
“Turan”da əla komanda formalaşdırılıb. Bu gün biz bunu bir daha gördük. Amma komandamın üzvlərinin bu günkü fədakarlığından razı qaldım. Bizim məlum problemlərimiz var idi. Bu gün nəhayət ki, problemlərdən yaxa qurtara bildiyimizi göstərə bildik”.
