30 sentyabr 2011 20:18
Elxan Abdullayev: Nəticə oyuna görədi
AZAL-ın baş məşqçisi Elxan Abdullayev Premyer Liqanın 8-ci turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:0 hesabı ilə başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyun bərabər mübarizə şəraitində keçdi. Uşaqlara bu oyuna görə çox sağ olun deyirəm. Fikrimcə, matçın nəticəsi tam qanunauyğundu”.
